Azərbaycanda yeni xəstəxana tikiləcək – Tender elan olundu

10:30 - 6.07.2020


6 iyul, Fineko/abc.az. Səhiyyə Nazirliyi yeni xəstəxana tikintisi üçün tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderə əsasən nazirlik Qazax rayonunda 100 çarpayılıq psixiatriya xəstəxana tikəcək.

Nazirlik tikinti üçün geoloji-mühəndisi işləri, layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti işlərini satın alır.

İddiaçılar tenderdə iştirak üçün sənədləri 23 iyul 2020-ci il saat 17.00-a və tender təklifi ilə bank zəmanəti sənədlərini isə 4 avqust 2020-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidilər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər