Azərbaycan şirkətləri böyük uğurlar qazanıb – Gürcüstanın baş naziri

10:40 - 6.07.2020


6 iyul, Fineko/abc.az. Azərbaycan şirkətləri və iş adamları təkcə Gürcüstanda deyil, dünyanın əksər ölkələrində böyük uğurlar qazanıbIar.

ABC.AZ xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Georgi Qaxariya jurnalistlərə açıqlamasında deyib.

Baş nazir bildirib ki, Azərbaycan şirkətlərinin və iş adamlarının uğur qazanmaları Azərbaycan dövlətinin, hökumətinin xarici siyasətinin nəticəsidir: “Bu gün Şərq-Qərb beynəlxalq avtomobil magistralının tərkib hissəsi olan və Kutaisi dairəvi yolunun tikintisini Azərbaycan şirkətləri həyata keçirib. Tikintisinə 2019-cu ilin mart ayında başlanılmış bu yolun 2021-ci ilin yanvarında istifadəyə verilməsi nəzərdə tutulub. Lakin şirkətin Gürcüstan nümayəndəliyi bu layihəni 6 ay tez başa çatdırıb. Biz bunu yüksək qiymətləndiririk. Bu həm də Azərbaycan şirkətlərinin işinin səmərəliliyinin göstəricisidir və bir daha sübut edir ki, Azərbaycan etibarlı tərəfdaşdır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər