330x110
 

İşədüzəltmədə vasitəçilik edənlərin elektron sistemi yaradılır – Məlumat mübadiləsi üçün

06.07.2020,10:46


6 iyul, Fineko/abc.az. İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron formada reyestrinin yaradılması 2020–2021-ci illərdə nəzərdə tutulub və hazırda üzərində işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiə nazirliyin yaydığı məlumatda bildirilir ki, bu reyestr müvafq sahədə vahid informasiya bazasının yaradılmasına imkan verəcək. Nəticədə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq. 

Hüquqi şəxslər onlarda olan mövcud vakansiyaları, həmçinin onlara işlə təmin edilmək üçün müraciət edən şəxslər və eləcə də işlə təmin etdikləri şəxslər barədə bütün məlumatları bu reyestrə daxil edəcəklər.

Müəllif: Elmir Murad