330x110
 

Onlara da 190 manat veriləcək – Nazirdən açıqlama

06.07.2020,11:08


6 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi xüsusi karantin rejiminin sərtləşdirildiyi 16 şəhər və rayon üzrə birdəfəlik şəkildə 190 manat ödəmə həyata keçiriləcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Az TV-yə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, sözügedən ödəmə 287 min şəxsə şamil olunacaq. Onun sözlərinə görə, daha 8 rayon və şəhər üzrə xüsusi karantin rejiminin tətbiqinə başlanıb: "190 manat birdəfəlik ödəmə həmin şəhər və rayonlar üzrə də şamil olunacaq.

Bununla bağlı artıq qərar layihəsi hazırlanıb və yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. İşsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə bu ödəmə veriləcək. Beləliklə, xüsusi karantin rejiminin sərtləşdirildiyi ümumilikdə 16 şəhər və rayon üzrə 287 min insana yaxın günlərdə bank kartları vasitəsilə bu ödəniş veriləcək. Bu məqsədlə 55 milyon manat vəsait ayrılıb".

Müəllif: Elmir Murad