ARDNŞ 2017-ci ildə büdcə ödənişlərini 8,3% artırıb

17:25 - 19.01.2018


19 yanvar, Fineko/abc.az. 2017-ci  ildə ARDNŞ-in Dövlət Sosial Müdafiə Fonduna ödənişləri  8% artıb.

ARDNŞ-in məlumatında deyilir ki, 2017-ci il ərzində dövlət büdcəsinə  edilmiş ödənişlər 1 milyard 511 milyon 33 min manat təşkil etmişdir ki, bu da 2016-cı il ilə müqayisədə, 8,3% çoxdur.

“Bundan başqa, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 155 milyon 984 min manat vəsait ödəmişdir ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8% artım təşkil etmişdir”, - ARDNŞ-in məlumatında belə deyilir.

 

Bütün xəbərlər