Bakıda 152 hektar ərazidə tikinti malları mərkəzi tikilir – Lökbatanda

14:17 - 6.07.2020


6 iyul, Fineko/abc.az. Lökbatan qəsəbəsi ərazisində geniş və müasir infrastruktura malik Abşeron Tikinti Materialları Mərkəzi inşa edilir.

Sədərək və Meyvəli ticarət mərkəzləri, Abşeron Logistika Mərkəzi, eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlıqda yerləşməsi buranın gələcək perspektivindən xəbər verir.

ABC.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, tam təmirli Tikinti Materialları Mərkəzi ümumilikdə 152 ha ərazini əhatə edəcək. Burada bütün növ inşaat materiallarının satışı planlaşdırılır. Mərkəzdə qapalı, açıq, yarımqapalı, eyni zamanda anbarlarla təchiz olunmuş mağazaların icarəsi və satışı nəzərdə tutulub.

Müştərilərin rahatlığını təmin etmək məqsədilə ərazidə avtodayanacaq, otel, bank şöbələri, restoran və digər iaşə obyektləri də fəaliyyət göstərəcək.

 

 

Bütün xəbərlər