Daha bir Səhmdar Cəmiyyət ləğv edilir – Səhmləri isə dövriyyədən çıxarılacaq

14:29 - 6.07.2020


6 iyul, Fineko/abc.az. Azərbaycanda daha bir Açıq Səhmdar Cəmiyyəti bağlanır.

ABC.AZ-ın məlumatına görə, bağlanan "Novruz" ASC-dir. Artıq ASC ləğvetmə prosesi üçün komissiya da yaradıb.

Ləğvetmə üçün iyulun 27-də cəmiyyətin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Həmçinin iclasda cəmiyyətin ləğv edilməsi barədə qərar qəbul olunması ilə əlaqədar, cəmiyyətin səhmləri dövriyyədən çıxarılacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər