330x110
 

Bakıda bu mağazalar qaydaları pozub - Siyahı

06.07.2020,16:44


6 iyul, Fineko/abc.az. İyulun 5-də Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 41 ictimai iaşə obyekti, 104 ərzaq satışı mağazası olmaqla ümumilikdə 145 müəssisədə reyd keçirilib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, reyd keçirilən obyektlərdən 68-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən Bakı şəhəri üzrə "Bizim RSN”, “Grand”, “Zirvə”, “Ramaşka”, “Pioner”, “Muxtar”, “Bakı”, “EF”, “Bursa”, “Təzə bazar”, “Nilufər”, “Zəhra”, “Dərnəgül” ərzaq mağzaları, Həsənov Teymur Əfsər oğluna, Həsənov Eldar Səlim oğluna, İsmayılova Vüsalə Rövşən qızına, Bünyadzadə Azər Firudin oğluna, Bayramov Bayram Fəxrəddin oğluna, Əhmədov Nicat Kərim oğluna, Xəlilov Kərim İbrahim oğluna məxsus marketlərdir.

Müəllif: Elmir Murad