Biz bu islahatları ən böhranlı məqamda da aparırıq – Prezident

11:01 - 7.07.2020


7 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi iyulun 6-da Prezident İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak edib.

ABC.AZ-ın məlumatına görə, açılışdan sonra dövlət başçısı yerli telekanallara müsahibə verərək qeyd edib ki, altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər.

Onun sözlərinə görə, bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib: "Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına. Yəni, biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik. Əlbəttə ki, mən demişəm, bu vəsaitin hamısı ancaq sosial layihələrə, o cümlədən COVID-ə qarşı mübarizəyə xərclənəcəkdir".

 

Bütün xəbərlər