330x110
 

İcaze.e-gov.az portalında icazələrin aktivləşdirilməsini yenidən yoxlayın – Nazirlikdən tövsiyə

07.07.2020,11:40


7 iyul, Fineko/abc.az. Aparılan araşdırmalar nəticəsində əvvəllər icazəsi olan, sonradan isə icazələrin verilməsi məhdudlaşdırılan bir sıra hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların vergi orqanlarının məlumat bazasında olan fəaliyyət istiqamətləri və təsnifat kodları ilə bağlı məlumatları yenidən dəqiqləşdirilib, uçot baza məlumatları yenidən işlənib, belə işəgötürənlərin və əlavə fəaliyyət istiqamətləri icazə verilən sahələrə daxil olan bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bununla əlaqədar, hüquqi və fiziki şəxslərdən “icaze.e-gov.az” portalında icazələrinin aktivləşdirilməsini yenidən yoxlaması tövsiyə olunur.

Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

Müəllif: Elmir Murad