İki küçənin kəsişməsindəki yola sürət azaldan maneələr qoyuldu – Bakıda

12:04 - 7.07.2020


7 iyul, Fineko/abc.az. Bakının Təbriz Xəlilbəyli və Həzi Aslanov küçələrinin kəsişməsində sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub.

ABC.AZ Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir ki, bütün bunlar yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə həyata keçirilib.

Belə ki, sözügedən yol qəza ocağı kimi tanınır. Bu səbəbdən yol agentliyin mütəxəssisləri tərəfindən yoxlanılıb. Əldə olunan nəticələr təhlil olunaraq həlli istiqamətində tədbirlər görülüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər