330x110
 

Nəhəng şirkətin əməkdaşları bundan sonra evdən işləyəcək – 80 min işçi

07.07.2020,14:14


7 iyul, Fineko/abc.az. Məlum olduğu kimi koronavirus xəstəliyi ilə əlaqədar böyük şirkətlərin bəziləri ya fəaliyyətini dayandırıb, ya da qismən məhdudlaşdırıb.

ABC.AZ xəbər verir ki, texnologiya nəhənglərindən olan Fujitsu da epidemiya ilə bağlı bundan sonra evdən iş sistemini daimi hala gətirəcəyini açıqlayıb.

Belə ki, şirkətin 80 min əməkdaşı evdən işləyəcək.

Müəllif: Elmir Murad