330x110
 

COVİD 19-a qarşı peyvənd 9 aya tapılacaq – BMT baş katibi

07.07.2020,14:54


7 iyul, Fineko/abc.az. BMT-nin baş katibi Antoniu Quterreş yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra dünyanı nələrin gözlədiyi barədə danışıb.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, baş katib pandemiyadan sonra dünyanı iki ssenarinin gözlədiyini bildirib.

“Birinci nikbin ssenaridir. Bu ssenariyə görə, ölkələr hazırkı vəziyyətin öhdəsindən gələcəklər. Şimal dövlətləri uğurlu bərpa planı işləyib hazırlayacaqlar, inkişaf etməkdə olan ölkələr isə kömək alacaqlar”, - deyə A. Quttereş vurğulayıb.

O, koronavirusa qarşı peyvəndin 9 ay ərzində tapılacağını və onun hamı üçün əlçatan olacağına ümid etdiyini qeyd edib: "Əgər hadisələr bu məcrada inkişaf etsə, iqtisadiyyat da bərpa olunacaq, iki-üç ildən sonra normal vəziyyətə qayıtmaq üçün dünya da hərəkət etməyə başlayacaq".