İstirahətə getmişdilər cərimələndilər – Qaydaları pozublar

16:29 - 7.07.2020


7 iyul, Fineko/abc.az. Qubaya icazəsiz istirahətə gələn sürücülər məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisinə istirahət məqsədi ilə gələn sürücülərə qarşı reyd keçirilib.

Sürücülər saxlanılaraq sənədləri planşetlərlə yoxlanılıb.

Onlar arasında xüsusi icazələrdən sui-istifadə edənlər, həmçinin heç bir icazəsi olmayanlara da rast gəlinib.

Reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan Bakı şəhəri, eləcə də digər rayonlardan qaydaları pozaraq şəxsi nəqliyyat vasitələri ilə istirahətə gələn sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

 

Bütün xəbərlər