Bu BOKT-da kadr dəyişikliyi olub – Təyinat

10:10 - 8.07.2020


8 iyul, Fineko/abc.az. Azərbaycanda ötən il noyabrın 1-də yaradılmış və hələ ki, lisenziyası olmayan "Azkredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.

ABC.AZ report-a istinadən xəbər verir ki, sözügedən şəxs Ceyhun Əliyevdir. O, direktor vəzifəsində Anar Şahbazovu əvəz edib.

Qeyd edək ki, "Azkredit" ləğv prosesində olan “Vijn Fond Azərkredit” MMC BOKT-un bazasında, 300 min manat nizamnamə kapitalı ilə yaradılıb.

 

Bütün xəbərlər