ABŞ Gürcüstana maliyyə yardımını dayandırır – Səbəb

10:20 - 8.07.2020


8 iyul, Fineko/abc.az. ABŞ 2021-ci ildə Gürcüstana ayırdığı yardımın 15%-ni dondura bilər.

ABC.AZ xəbər verir ki, bu məlumat ABŞ Nümayəndələr Palatasının Maliyyələşdirmə Komitəsinin hazırladığı qanun layihəsində yer alıb.

Sənəddə Gürcüstanın 2021-ci ildə 132 milyon dollar yardım alacağı vurğulanıb. Bu məbləğin 15%-nin dondurulması istənilib. Komitə tələb edib ki, məbləğ Gürcüstana ABŞ Dövlət katibinin Tbilisinin demokratik institutları, korrupsiya ilə mübarizəni gücləndirmək kimi addımları atmasıyla bağlı dəqiq hesabat təqdim etməsindən sonra təhvil verilməlidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər