“Air Arabia” iyun ayından etibarən Qəbələyə uçuşlar həyata keçirəcək

11:42 - 22.01.2018


22 yanvar, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin aşağı büdcəli “Air Arabia” aviaşirkəti MDB ölkələrindəki marşrut şəbəkəsinə daha bir istiqamət əlavə edir.

Şirkətin məlumatında deyildiyi kimi, iyunun 27-dən etibarən Şarcə Əmirliyindən Qəbələyə uçuşlar həyata keçiriləcək.

“Air Arabia” şirkətinin Bakıya hər gün reysləri olur. Qəbələyə reyslər yay mövsümündə bazar ertəsi, çərşənbə və cümə günləri təşkil ediləcək”, - məlumatda belə deyilir.

Hazırda “Air Arabia” Yaxın Şərq və Şimali Afrikadakı beş mərkəzdən Rusiya və MDB ölkələri də daxil olmaqla, bir çox istiqamətlərdə 133 reys həyata keçirir.

 

Bütün xəbərlər