Bu sahədə çalışanların qazancı azalacaq – Reytinq agentliyinin araşdırması

11:01 - 8.07.2020


8 iyul, Fineko/abc.az. "Moody’s" beynəlxalq reytinq agentliyi bu il COVID-19 pandemiyası fonunda qlobal gəmiçilik şirkətlərinin faiz, vergidən və amortizasiya xərclərindən əvvəlki mənfəətinin (EBITDA) 16-18% azalacağını proqnozlaşdırır.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə reytinq agentliyinin araşdırmasında deyilir.

Qeyd olunub ki, əvvəlki, yəni martda verilən proqnoz 6-10% bərabər idi. Bərpa prosesinin uzun və qeyri-bərabər olacağını gözləyən agentlik təklifin tələbi hiss olunacaq dərəcədə üstələdiyini və bunun davam edəcəyini bildirir.

Dəniz daşımalarının fərqli seqmentlərini təhlil edən "Moody’s"in mütəxəssisləri onu da qeyd edir ki, təklif tələbi yük seqmentində 7%, konteyner seqmentində 13%, tanker daşımalarında isə 1% üstələyəcək.

Agentlik sözügedən sahələr üzrə yalnız tankerlə dəniz daşımalara stabil proqnoz verib.

 

Bütün xəbərlər