330x110
 

Bank BTB –nin İdarə Heyətinin tərkibi genişləndirilib

08.07.2020,12:13


8 iyul, Fineko/abc.az. Bank BTB –nin İdarə Heyətinin tərkibi genişləndirilib.

Bu barədə ABC.AZ-a Bankdan məlumat verilib.

Belə ki, Bankın İnkişaf üzrə direktoru Rauf Qurbanov və Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinin direktoru Eldəniz Hüseynov İdarə Heyətinin üzvü vəzifəsinə, Kamran Quliyev isə Baş Direktor vəzifəsinə təyin edilib.

Bankdan alınan məlumata əsasən təyinat almış bu şəxslər uzun illər Bank BTB-də  çalışan əməkdaşlardır.