330x110
 

Mərkəzi Bankda yeni təyinatlar olub – Elman Rüstəmovdan əmr

08.07.2020,14:20


8 iyul, Fineko/abc.az. Mərkəzi Bankda yeni kadr təyinatları həyata keçirilib.

ABC.AZ-ın mediapost-a istinadən məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmovun müvafiq əmri ilə 3 departament direktoru vəzifəsindən kənarlaşdırıb,  birinin yerini dəyişib, digər bir departamentə direktor müavini təyin edib.

Belə ki, Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru Leyla Süleyman qızı Nəbiyeva 01.07.2020-ci il tarixindən Prudensial siyasət və metodologiya departamentinin direktoru vəzifəsinə təyin olunub. Bununla yanaşı Anar Kazım oğlu Quliyev 01.06.2020-ci il tarixindən İnformasiya texnologiyaları departamentinin direktor müavini - İnformasiya sistemlərinin təminatı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.