330x110
 

Gürcüstan quru sərhədlərini də açır?

08.07.2020,15:04


8 iyul, Fineko/abc.az. Quru sərhədlərin açılması ilə bağlı məsələlər nəzərdən keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə baş nazirin məsləhətçisi İrakli Çikovani keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, hər bir qərar Gürcüstan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi üçün qəbul edilir. “Gürcüstan Avropa İttifaqı və tərəfdaş ölkələrlə fəal əməkdaşlığı davam etdirəcək.İki həftədən bir Gürcüstana giriş və eyni zamanda vətəndaşların xarici ölkələrə gedə bilməsi şərtləri nəzərdən keçiriləcək", - deyə Çikovani bildirib.

Müəllif: Elmir Murad