Bakıda böyük marketlər qaydaları pozub – Siyahı

15:20 - 8.07.2020


8 iyul, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən iyulun 7-də Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 43 ictimai iaşə obyekti, 123 ərzaq satışı mağazası olmaqla ümumilikdə 166 müəssisədə  reyd keçirilib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, reyd keçirilən obyektlərdən 94-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları “Neptun”, “Rahat” (Nəsimi rayonu), “Rahat” (Nərimanov rayonu), “Araz supermarket” (Nərimanov rayonu), “Araz supermarket” (Nizami rayonu), “Araz supermarket” (Xətai rayonu), “Araz supermarket” (Babək prospekti), “Rahat” (Babək prospekti) marketlər, İbrahimova Afaq Sabir qızına, Muradov Ruslan Yavər oğluna, Behbudova Vüsalə Tahir qızına, Xalıqov Vahid Rafiq oğluna, Heydərova Yeganə Əlibayram qızına, İbrahimova Səadət İslam qızına, Məmmədov İlqar Mürsəl oğluna məxsus obyektlərdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər