Azərbaycanda bu universitet tələbələrə 2 diplom verəcək – Yenilik

15:27 - 8.07.2020


8 iyul, Fineko/abc.az. UNEC-ə qəbul olan abituriyentlər universiteti bitirdikdə Avropa və Rusiyanın ali təhsil müəssisələrinin diplomunu da əldə edə biləcəklər.

ABC.AZ xəbər verir ki, UNEC-də bakalavr səviyyəsi üzrə Fransanın Montpellier Universiteti, Fransanın ICD Beynəlxalq Biznes Məktəbi, Moskva Dövlət Humanitar İqtisad Universiteti və Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti ilə ikili diplom proqramı reallaşdırılır. İkili diplom və beynəlxalq proqrama qoşulan tələbələr 4 illik təhsillərini başa vurduqda, UNEC-lə yanaşı, seçdikləri xarici universitetin də diplomunu əldə edəcəklər.

 

Bütün xəbərlər