330x110
 

Beynəlxalq təşkilat Azərbaycanın bank sisteminə mənfi qiymət verdi

08.07.2020,15:37


8 iyul, Fineko/abc.az. "Moody’s" Azərbaycanın bank sisteminin makroiqtisadi profilinin qiymətləndirmə səviyyəsini “Zəif”dən “Çox Zəif+”ə endirib.

ABC.AZ xəbər verir ki, beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sistemi ilə bağlı qiymətləndirməsində azalmanın səbəbinə aydınlıq gətirilib.

Bildirilib ki, qurumun belə addım atmasında ölkənin ümumi makroiqtisadi profilinin “Çox Zəif+” səviyyəsində olması və sektorda maliyyələşdirmə şərtlərinin pisləşməsindən qaynaqlanır.