Prezident Dövlət Neft Fondu barədə Sərəncam verdi

16:20 - 8.07.2020


8 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası haqqında” Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası, gəlirlər 19 milyard 30 milyon 612,8 min manat, xərclər 11 milyard 588 milyon 603,5 min manat və ya fondun 2019-cu il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 123,2 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olmaqla təsdiq edilib.

 

Bütün xəbərlər