ARDNF-in büdcəsinin icrası belə olacaq – Detallar

16:30 - 8.07.2020


8 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Fondun gəlirlərini Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 14 milyard 614 milyon 708,6 min manat, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişlər 4 milyon 692 min manat, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 18 milyon 937,7 min manat, Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 625 milyon 923,3 min manat, neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar 766 milyon 351,2 min manat təşkil edib. Neft Fondunun xərclərinə məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 199 milyon 998,6 min manat, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə transfertin yuxarı həddi 11 milyard 364 milyon 300 min manat, fondun idarə edilməsi ilə bağlı xərclər 24 milyon 304,9 min manat aid olub.

 

Bütün xəbərlər