Polipropilenin istehsalı artacaq – Nazirlikdən açıqlama

16:37 - 8.07.2020


8 iyul, Fineko/abc.az. “SOCAR Polymer” MMC xüsusi növ parçaların hazırlanmasında istifadə olunan polipropilen növünün istehsalını genişləndirir.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC tərəfindən tibbi maskaların hazırlanmasında istifadə olunan xüsusi növ parçalar üçün xammalın istehsalına başlanıb.

Bu ilin mayında istehsal 600 tondan çox olub və avqust ayınadək 1500-2000 ton məhsul istehsalı planlaşdırılır.

Qeyd edək ki, bu xammaldan qoruyucu maskaların, birdəfəlik tibbi geyimlərin, uşaq bezlərinin, mebel və tikinti təyinatlı parçaların və sair istehsalında istifadə edilir.

 

Bütün xəbərlər