Bakının “qara” valyuta bazarında dollar ucuzlaşdı

12:09 - 22.01.2018


22 yanvar, Fineko/abc.az. Bu gün paytaxtın “qara” valyuta bazarında dolların qiyməti düşüb.

Amerika dollarının alış qiyməti 1,6950 manatdan 1,6900 manata, satış qiyməti isə 1,7020 manatdan 1,700 manata düşüb.

Avronun alışı 2,0500 manat olaraq qalsa da, satışı  2,0650 manatdan 2,08 manata yüksəlib. Başqa sözlə, avro manat qarşısında 0,7%-ə qədər  bahalaşıb.

Rublun alışı həmçinin enib. Alışı  0,0292 manatdan 0,0290 manata, satışı isə 0,0296 manatdan 0,0293 manata düşüb. Beləliklə, rubl 1% sabitləşib.

 

 

Bütün xəbərlər