330x110
 

Nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlər belə tənzimlənəcək – Detallar

08.07.2020,17:04


8 iyul, Fineko/abc.az. Azərbaycanda iqtisadiyyatın və əhalinin nəqliyyat-ekspedisiya xidmətlərinə olan tələbatlarının təmin edilməsi, nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi, bu sahədə dövlət orqanları, nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlərin tənzimlənməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Qanun layihəsi hazırlanaraq İqtisadiyyat Nazirliyinin mütəxəssisləri ilə birlikdə müzakirə edilib.

DANX-dan ABC.AZ-a bildirilib ki, daşıyıcıların iştirakı ilə təcrübələr əsasında təkmilləşdirilən yekun layihə müvafiq dövlət prosedurlarından keçirilməsi üçün aidiyyəti üzrə təqdim olunub.

Sözügedən Qanun layihəsi qəbul olunduqdan sonra yükgöndərən, yükalan, ekspeditor və daşıyıcı, bir sözlə nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlər qanunla tənzimlənəcək.