330x110
 

Dövlət Komitəsi büdcəyə 2 milyard manatdan çox vəsait köçürüb – 6 ayda

08.07.2020,17:25


8 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi 2020-ci ilin 6 ayında (yanvar-iyun) büdcəyə köçürdüyü vəsaitin həcmini açıqlayıb.

Komitədən ABC.AZ-a verilən məlumata görə, qurum tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 19,8 milyon manat olub.

Hesabata əsasən, sözügedən dövrdə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 484 milyon 437 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 450 milyon 8 min manat təşkil edib. Bununla yanaşı aksizlər üzrə 66 milyon 671 min manat, yol vergisi üzrə isə 18 milyon 702 min manat olub.

Müəllif: Elmir Murad