330x110
 

Qızıl bahalaşıb – Birja

09.07.2020,10:08


9 iyul, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,80 ABŞ dolları bahalaşaraq 1 821,40 dollara satılıb.

Gümüşün unsiyasının qiyməti isə 0,08 dollar artaraq 19,25 dollara satılıb.