Bu şirkətin əməliyyat gəlirləri artıb – Hesabat

10:22 - 9.07.2020


9 iyul, Fineko/abc.az. “Azərmaş” ASC 2019-cu ilin maliyyə hesabatını açıqlayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, ASC sözügedən dövrü 1026 manat xalis mənfəətlə başa vurub.

Şirkətin 2019-cu ildə əsas əməliyyat gəliri 192 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, şirkət 2018-ci ildə 32 min 800 manat əsas əməliyyat gəliri əldə etmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər