330x110
 

Azərbaycanda neft emalı 79 min ton az olub - Hesabat

09.07.2020,11:02


9 iyul, Fineko/abc.az. 2018-ci ilin iyun ayının 30-dan 2020- ci ilin iyul ayının 1-dək TANAP-la Türkiyəyə 5,8 milyard kubmetr qaz nəql edilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Energetika Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Qeyd olunub ki, Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul tarixinədək ümumilikdə 541,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 512,6 milyon ton, “Şahdəniz”dən isə 28,6 milyon ton kondensat çıxarılıb. Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin 1 iyul tarixinədək 541,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 171,2 milyard kubmetr, “Şahdəniz”dən isə 126,3 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 iyul tarixinədək 83,5 milyard kubmetr qaz ixraca nəql edilib. Ölkədə neft emalı isə 2020-ci ilin 6 ayında 3 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 79 min ton az olub.