Bakıdan Berlinə uçmaq mümkün olacaq – Bu aydan

11:26 - 9.07.2020


9 iyul, Fineko/abc.az. İyulun 17-dən etibarən AZAL Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-dən ABC.AZ-a daxil olan məlumata görə, uçuşlar avqustun 28-dək həftədə bir dəfə - cümə günləri həyata keçiriləcək.

Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək. Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaq.

Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələr ekonom sinif üzrə aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər.

 

 

Bütün xəbərlər