Sığortanın daha bir növündə artım olub – 5 ayın nəticələri

12:25 - 9.07.2020


9 iyul, Fineko/abc.az. 2020-ci ilin ilk 5 ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə “kənd təsərrüfatı heyvanlarının sığortası” üzrə yığımlarda 127% artım müşahidə olunub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından ABC.AZ-a verilən məlumata görə, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bəhs olunan dövrdə “kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası” üzrə isə 7 dəfəyə qədər artım müşahidə edilib. Qeyd edək ki, Aqrar sığorta fermerlərin təbii fəlakətlərdən və ya digər səbəblərdən yaranacaq itkilərinin qarşılanması və gəlirlərinin qorunması üçün bir mexanizmdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər