330x110
 

Qanunsuz sərnişin daşıyanlar saxlanılıb – Bakıya gətirirmişlər

09.07.2020,14:53


9 iyul, Fineko/abc.az. Rayonlardan Bakıya qanunsuz sərnişin daşıması ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, Ağdaş rayon Yuxarı Qəsil kənd sakini Hüseynov Nicat Xaləddin avtomobillə postlardan yayınmaqla müvafiq icazəsi olmayan şəxsləri Bakıya gətirərkən Dövlət Yol Polisinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.

Ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi maddəsi ilə 15 sutka inzibati həbs cəzası verilib. Həmçinin Qəbələ rayon Bunud kənd sakini, 1985-ci il təvəllüdlü Ağakişiyev Əziz Gülağa oğlu da Qəbələdən paytaxta qanunsuz sərnişin daşıdığına görə 15 sutka inzibati həbslə cəzalandırılıb.