Azərbaycan Mərkəzi Bankı depozit hərracında 250 milyon manat cəlb edib

12:59 - 22.01.2018


22 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracını keçirib.

AMB-dan verilən məlumata əsasən, hərracda 250 milyon manat cəlb edilib.

“Bu zaman hərraca 318,0 milyon manat təklif edilmiş, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,30% təşkil etmişdir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər