Bağlanmış banklarla bağlı iclas keçirildi – Hansı məsələlər müzakirə olunub?

15:30 - 9.07.2020


9 iyul, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyasında (ABA) Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və bankların rəhbər şəxslərindən ibarət qrup üzvlərinin onlayn iclası keçirilib.

ABA-dan ABC.AZ-a bildirilib ki, iclasda bağlanmış banklarda qarşıya çıxan hüquqi pozuntuların yaranma səbəbləri və belə halların bir daha baş verməməsi üçün görüləcək tədbirlər, uyğun sahədə bankları maraqlandıran sualların hazırlanaraq Əmanətlərin Sığortalanması Fonduna təqdim edilməsi, fors-major hallarının qanunvericilikdə tətbiqi ilə bağlı məqamların, həmçinin “Elektron məhkəmə” informasiya sistemində bəzi məlumatların sorğu əsasında mübadiləsinin təşkili məsələləri müzakirə edilib.

 

 

Bütün xəbərlər