Hövsandakı güzəştli mənzilləri ən çox alanlar onlardır – Siyahı

15:39 - 9.07.2020


9 iyul, Fineko/abc.az. Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi 30.06.2020-ci il tarixində başa çatıb.

Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) ABC.AZ-a bildirilib.

Satışa çıxarılmış 249 mənzilin 187-ni və ya 75%-ni hərbçilər, daxili işlər olrqanlarının əməkdaşları və dövlət qulluqçuları alıb. Müəllimlər, elmi işçilər, məcburi köçkünlər və idmançılar isə ümumilikdə 60 mənzil alıblar.

 

Bütün xəbərlər