330x110
 

Azərbaycan büdcəsinə 100 milyard manat transfert edən Fond – 17 ildə

09.07.2020,16:27


9 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Neft Fondu illik hesabatını açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, 2003-2019-cu illərdə dövlət büdcəsinə ümumilikdə Dövlət Neft Fondu tərəfindən 99,9 milyard manat məbləğində vəsait köçürülüb.

Hesabatda o qeyd edilib ki, bu dövr ərzində ARDNF-nin cəmi büdcə xərcləri 112,4 milyard manat olub və transfertlər bu xərclərin 88,9%-ni təşkil edib.

Qeyd edək ki, ötən il dövlət büdcəsinin gəlirləri 24 milyard 218,1 milyon manat təşkil edib ki, bunun da 11 milyard 364,3 milyon manatı və yaxud 46,9%-i ARDNF tərəfindən transfert edilib.

Müəllif: Elmir Murad