330x110
 

Xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açıldı - Yevlaxda

09.07.2020,16:48


9 iyul, Fineko/abc.az. Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postlardan keçmələri üçün rayon sakinlərinə saxta tibbi göndəriş vərəqələrinin verilməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə ABC.AZ-a Baş Prokurorluqdan bildirilib və qeyd olunub ki, araşdırma zamanı Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri Yevlax rayonunun ayrı-ayrı sakinlərinə xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış postlarda təqdim etmək üçün saxta tibbi göndəriş vərəqələri vermələrinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.