Sığorta yığımları kəskin artan şirkət – Hesabat

17:13 - 9.07.2020


9 iyul, Fineko/abc.az. “Günay Sığorta”-da 2020-ci ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 70%- dək artıb.

Belə ki, 2019-cu ilin ilk 6 ayında şirkət 2,6 mln manat, 2020-ci ilin eyni dövründə isə 4,2 mln manat sığorta haqqı toplaya bilib.

Bu barədə ABC.AZ-a şirkətdən bildiriblər. Şirkətdən verilən məlumata görə, 2020-ci ilin 6 ayının yekunu üzrə mənfəət keçən ilin müvafiq dövrünə nisbətən kəskin artıb. Bununla yanaşı Şirkətdə korporativ idarəetmə tətbiqinə başlanılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər