190 manatın ödənişi yekunlaşdı – 290 minə yaxın şəxsə verilib

10:30 - 10.07.2020


10 iyul, Fineko/abc.az. Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi prosesi başa çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a bildirilib ki, iyulun 5-dən xüsusi karantin rejiminə başlanan 8 şəhər və rayonda (Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) birdəfəlik ödəmələrin köçürülməsini təmin edib.

Beləliklə, ümumilikdə 290 minə yaxın şəxsin 190 manat birdəfəlik ödənişlə təminatı başa çatıb. Bu məqsədlə 55 milyon manata yaxın vəsait sərf olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər