330x110
 

Rusiya Azərbaycana COVİD 19-la mübarizədə kömək edəcək – Həkimlər gəlir

10.07.2020,11:24


10 iyul, Fineko/abc.az. Rusiya həkimlərinin yaxın vaxtlarda Azərbaycana da səfəri planlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko "Rossiya-24" telekanalına açıqlamasında bildirib.

Nazir qeyd edib ki, hər gün biz bir sıra ölkələrdən müraciətlər alırıq: "Hansılar ki, həm metodiki, həm də praktik kömək kimi göstərmək üçün mütəxəssislərimizi göndərməyimizi xahiş edirlər və biz kömək edirik. Bu gün artıq mütəxəssislər İtaliyada işləyirlər, Qırğızıstandan qayıtdılar, indi Qazaxıstanda işləyirlər. Mütəxəssislərin Azərbaycana getməsi planlaşdırılır".

Müəllif: Elmir Murad