Qızılın qiyməti 9 ilin maksimumuna çatdı – Yenə də bahalaşacaq

11:53 - 10.07.2020


10 iyul, Fineko/abc.az. İyulun 8-də dünya bazarında qızılın bir ünsü (28,35 qram) 1 817 ABŞ dollarından satılıb ki, bu da ilin əvvəlinə nisbətən 20 faizdən çox artması deməkdir.

ABC.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu rəqəm 2011-ci ilin sentyabr ayından sonra ən yüksək göstəricidir.

Ekspertlər qeyd edib ki, qızıl alanların əksəriyyəti Birja Ticarət Fondlarıdır (ETF) ki, bunların 95 faizi ABŞ və Avropada yerləşir, yəni qızıla sərmayələr inkişaf etmiş ölkələrdən qoyulur.

Qısa müddətli persprekivdə qızılın daha da bahalaşacağı gözlənilir.

Belə ki, qarşıdakı 3-4 ay ərzində qiymətlərin 1,8-2 min ABŞ dolları səviyyəsində qalacağı bildirilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər