Bu istiqamətlərdə də reyslər açılır – Siyahı

14:21 - 10.07.2020


10 iyul, Fineko/abc.az. Bakı-Berlin və Bakı-London çarter reyslərinin təşkili ilə bağlı razılıq əldə edilib.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev AzTV-də yayımlanan “Hədəf” verilişində qonaq olarkən deyib.

Onun sözlərinə görə, Bakı-Berlin, Bakı-London və Bakı-Dubay reysləri üçün müvafiq sənədlərin mübadiləsindən sonra həmin istiqamətlər üzrə uçuşlarla həmyerlilərimiz ölkəyə gətiriləcək: "Bu həftə və gələn həftənin təxliyyə proqramları bəllidir. Bu həftə Moskva-Bakı istiqamətində “Evə gedirəm” portalında qeydiyyata düşən soydaşlarımızın təxliyyəsi həyata keçiriləcək. Bununla yanaşı Kiyev-Bakı istiqamətində reys təşkil edilib, Ər-Riyad - Bakı reysi həyata keçirilir”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər