Faiz dərəcəsi 10-dan aşağı olan subsidiyalar kreditin faiz dərəcəsi həcmində verilir – Vüsal Qasımlı

14:29 - 10.07.2020


10 iyul, Fineko/abc.az. Zərər çəkmiş sahələrdə sahibkarların kreditlərinə 10 faiz subsidiya təqdim olunacaq.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O qeyd edib ki, faiz dərəcəsi 10-dan aşağı olarsa, subsidiya kreditin faiz dərəcəsi həcmində verilir.

V.Qasımlının sözlərinə görə, Azərbaycanda orta kredit faizi və inflyasiyanı nəzərə alanda, bu yolla sahibkarlar üçün maliyyə vəsaitinin ucuzlaşması təmin olunur: "Mövcud 1 milyard manatlıq kredit portfeli üzrə faiz sybsidiyaları, habelə yeni kreditlərə 500 milyon manatlıq portfel üzrə dövlət zəmanətinin verilməsi və faizlərin subsilayalaşdırılması, bütövlükdə 1,5 milyard manat kredit portfelinə dəstəkdir. Bu isə ölkə üzrə hazırkı kredit portfelinin 10 fazindən daha çoxdur".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər