Mərkəzi Asiyadakı vətəndaşlarımız Azərbaycana belə gətiriləcək – Şərtlər

14:39 - 10.07.2020


10 iyul, Fineko/abc.az. Mərkəzi Asiya ölkələrində olan soydaşlarımızı birləşdirərək, təxliyyəsi üçün konkret reyslərin təşkili istiqamətində işlər aparılır.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev AzTV-də yayımlanan “Hədəf” verilişində qonaq olarkən deyib.

O qeyd edib ki, reyslər təşkil edilən zaman sanitar-gigiyenik qaydalara əməl olunması şərtdir: “Müəyyən olunan qayda belədir ki, istər Azərbaycan vətəndaşı, istərsə də ölkəmizə gəlmək istəyən xarici ölkə vətəndaşları olsun, mütləq müəyyən olunmuş məntəqələrdə testlərdən keçməlidirlər. Azərrbaycana gələnlər təyyarənin göyərtəsində xüsusi iltizam sənədi imzalayırlar ki, 14 gün müddətində xüsusi karantin rejimində olacaqlar".

 

Bütün xəbərlər