Yeni yaşayış məhəlləsində su təchizatı və kanalizasiya sisteminin tikintisi üçün tender keçirilir

14:44 - 10.07.2020


10 iyul, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ramana qəsəbəsidə 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi üçün tender elan edir.

Tenderdə iştirak haqqı 500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 23.07.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 07.08.2020 18:00  qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 10.08.2020 16:00 tarixində aparılacaq.

Telefon: (994 12) 4318703

Əlaqələndirici şəxs: Aygün Hüseynova

 

Bütün xəbərlər