Bu şəhər və rayonlarda ictimai nəqliyyatın hərəkəti dayandırılır - Siyahı

15:31 - 10.07.2020


10 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Goranboy, Göygöl şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi xüsusi karantin rejimi sərtləşdirilib.

ABC.AZ-ın məlumatına görə, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Məhdudlaşma iyulun 11-i saat 00:00-dan 13 iyul saat 06:00-dək və 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək tətbiq olunacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər